• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 02.03.2019 13:12

Gəncə idmançıları juboksinq citsu döyüş növü üzrə Avroasiya turnirində uğurla çıxış ediblər

KepezTV Player

Xocalı soyqırımına həsr olunan beynəlxalq yarışda Nizami yurdunun təmsilçiləri 9 müxtəlif əyarlı medal və 1 kəmər qazanıblar.

Belə yüksək nəticələrə idmançılar Gəncə juboksinq citsu nümayəndəliyinin rəhbəri Rafael Hüseynovun başçılığı altında imza atıblar. Onun yetirmələrindən 4-ü yarışın baş mükafatına sahib çıxıb. Gəncə komandasının aktivinə daha 3 gümüş və 2 bürünc medal yazılıb. Daha 1 idmançı isə kəmər uğrunda döyüşün qalibi olub.

Nizami yurdundan Valeh Musazadə, Elçin Quliyev, Nicat Əhmədov və Mehdi Xudiyev bütün görüşlərini qələbə ilə başa vurub. Yalnız finalda uduzan Murad Əhmədov, Qərib Əliyev, Şəmistan Məmmədzadə gümüşlə,  Əli Abbasovla Təvəkkül Məmmədov bürünclə kifayətlənib. Yarışda kəmər döyüşündə qarşıya qoyulan məqsədə isə Firdovsi Məmmədzadə çatıb.

Aprel ayında Gəncə juboksinq citsu nümayəndəliyinin idmançıları Azərbaycan birinciliyində iştirak edəcəklər. Respublika yarışı İtaliyada keçiriləcək Avropa birinciliyinə vəsiqə xarakteri daşıyacaq.

Azad Rəfi