• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 01.03.2019 23:14

Dövlət əleyhinə çağırışlar edən şəxs məsuliyyətə cəlb edildi

KepezTV Player

Dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Fəxrəddin Abbasov məsuliyyətə cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Fəxrəddin Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. O, Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən Bakıda, Hava Limanında saxlanılaraq istintaqa cəlb edilib. Hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirdiyi Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.