• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 01.03.2019 16:33

Fələstinin Azərbaycandakı səfiri : Fələstinlə Ermənistan arasıdan heç bir diplomatik əlaqələr yoxdur

KepezTV Player

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında Fələstin höküməti öz dəstəyini əsirgəmiyəcək. Çünki hər iki ölkə münaqişələrdən əziyyət çəkir. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdul Kərim televiziyamıza açıqlamasında Azərbaycanla Fələstin arasında sıx diplomatik əlqələrin buna zəmin yaratdığına diqqət çəkib. Ölkəsinin daim beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə etdiyini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasının tərəfdar olduqlarını söyləyib.

Nasir Əbdul Kərim Fələstinin Azərbaycandakı səfiri:“ Azərbaycanla Fələstin arasında dostluq münasibətlərinin təməli Heydər Əliyevin və Yasir Ərəfatın prezident olduqları dövürlərdə atılıb. Fələstin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Bu günə kimidə hər iki ölkə bir birilərini dəstəkləməkdə davam edir. Mən tam əminliklə deyə bilərəm ki, Fələstinlə Ermənistan arasıdan heç bir diplomatik əlaqələr yoxdur. Bununda səbələrindən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və insanların yurd-yuvalarından didərgin salınmasıdır.