• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 01.03.2019 16:28

2018-ci il Göygöl rayonu üçün uğurlu olub

KepezTV Player

2018-ci ildə Göygöldə 562-si daimi olmaqla 822 yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin əsasını istesal və emal müəssisələri təşkil edib. İl ərzində 26 sahibkara 270 min manat məbləğində güzəştli kredit verilib. Ötən ilin yekunlarının müzakirə edildiyi rayonda əhalinin qaz, işıq və su ilə təchizatında uzun müddətli fasilələr yaranmayıb. Hesbat dövründə Çaykənd, Sərkarlı, Haçaqaya, Qızılqaya və Bəhrambağ qəsəbəsinə yeni qaz xətti çəkilib və mavi yanacağın verilişi təmin olunub. Abonentlərə göstərilən rabitə xidmətinin kefiyyətini yaxşılaşdırmaq üçün Hacəməlik qəsəbəsində yeni elektron ATS quraşdırılıb. Göygöl Poçt filalı il ərzində proqnoz tapşırığı 102 faiz yerinə yetirib. Əzgilli kəndində 20 yerlik modul tipli məktəb binasının quraşdırılması, eləcə də Yeni Qızılca və Zurnabad kənlərində mövcud bağça binalarının təmiri davam etdirilir. İclasda rayon əraziisndə 10  min hektara yaxın ərazidə payızlıq şum aparıldığı və işlərin aqrotexniki qaydalara uyğun olaraq davam etdirildiyi vurğulanıb. Xüsusi ilə  əkin sahələrinin normal su ilə təchziatı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davam etdirilməsi tövsiyyə olunub.