• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 01.03.2019 13:36

Kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb

KepezTV Player

Cəlilabad Rayon Prokurorluğu ötən gün şəhər ərazisində yerləşən mağazalardan birinin işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırmalara başlayıb. Prokurorluqdan Trend-ə verilən məlumata görə, kütləvi zəhərlənmə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. Eləcə də izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb. Mağaza əməkdaşları zəhərlənmə əlaməti ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, ilkin tibbi yardımdan sonra evə buraxılıblar.