• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 01.03.2019 12:20

Biləsuvar sakini Gəncədə heroin satarkən yaxalanıb

KepezTV Player

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs  saxlanılıb. Polis əməkdaşları Biləsuvar sakininin heroin satmaq arzusunu ürəyində qoyub.

Gəncə Şəhər Baş Polis İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Nurəddin Zəkiyev saxlanılıb.  Həmin  şəxsin üzərinə baxış keçirilən zaman 154.06 qram narkotik vasitə  “heroin” aşkar olunaraq götürülüb.

Əli Əlizadə təhqiqatçı: Biləsuvar rayonu Zəhmətabad kənd sakini Zəkiyev Nürəddin Mirövlə oğlu Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Kəpəz rayon polis bölməsinə gətirilib. Kəpəz rayon polis bölməsində Nürəddin Zəkiyevin üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd sarı yapışdırıcı lentlə bağlanılmış bükülü halda olan narkotik vasitə heroin aşkarlanıb.

İlkin dindirilmə zamanı Nurəddin Zəkiyev narkotik maddəni paytaxtdan taparaq, yaşadığı Biləsuvar rayonuna apardığını, oradan isə Gəncəyə satmaq üçün gətirdiyini deyib.

Nürəddin Zəkiyev saxlanılan şəxs: Gəldim Biləsuvara oradan heç evə dəymədim. Oradanda düz Gəncəyə gəldim ki adam var ona verəm 5 min manat pul alım. Ehtiyacım var idi. Oda alınmadı. Polis əməkdaşları tərəfindən tutuldum. Əməlimə görə çox peşmanam.

Zəkiyevin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Natiq Hüseyn