• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 28.02.2019 16:38

Diplomatlar Naftalanın turizm potensialı ilə tanış olublar

KepezTV Player

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri sosial-iqtisadi inkşafı və turzim potensial ilə tanış olmaq üçün Naftalanda da olublar. Burada sanatoriya, müalicə ocaqları və istirahət mərkzləri ilə tanış olan qonaqlara məlumat verilib ki, ötən il şəhərə 57 ölkədən 38 min turist gəlib. Onlardan 11 mini Avropa və Asiya ölkələrindən olub. Turistlər istirahətlə yanaşı sağlamlıqarına da qovuşublar. Sağlamlıq ocaqlarında yaradılan şərait, müasir tibbi avadanlıqlarla aparılan müalicə, göstərilən xidmətlər diplomatik korpusların nümayəndələri tərəfindən yüksək dəyər alıb. Azərbaycanın milli mətbəxi ilə yaxından tanış olublar.

Orelia Buşez Fransanın Azərbaycandakı səfiri:“Naftalana ilk dəfədir ki, səfər edirəm. Buranın çox maraqlı təbiəti var, xüsusilədə müalicəvi neftdən insanların şəfa tapması diqqəti çəkdi. Mənədə olan məlumata görə, Azərbaycan turizm potensialına və rəqabətliliyinə görə, MDB ölkələri arasıdna 3 yerdə dayanır.

Husnan Fananie İndoneziyanın Azərbaycandakı səfiri:“Azərbaycan xalqı çox qonaqpərvər və səxavətlidirlər. Buda turizmi şərtləndirən əsas amillərdən biridr. İndoneziya müsəlman qardaşımız olan Azərbaycanın nəyinki turizm potensialına, iqtisadi, siyasi, mədəni uğurlarına sevinir.

Teruyuki Katori Yaponiyanın Azərbaycandakı səfiri:“ 2 ildir ki, Azərbaycanda səfir işləyirəm. Ölkənin turizm potensialə çox şaxəlidir bunu bölgələrə səfərlərim zamanı şahid olmuşam. Azərbaycanın təbiətidə çox zəngidir buda turistlərin bölgəyə axınan səbəb yaradan amillərdən biridir.