• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 28.02.2019 15:17

Şəmkirdə yeni bağça binası inşa olunub

KepezTV Player

Ötən il Şəmkir şəhər 3 və 4 saylı, Qaracəmirli kənd körpələr evi uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib, həmçinin 3 saylı bağça üçün əlavə korpus inşa edilib.Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən şəhər 8 saylı körpələr evi-uşaq bağçası da müasir tələblər səviyyəsində qapılarını balacaların üzünə açır. Açılış mərasimində bu il Keçirili kənd körpələr evi uşaq bağçasının günün tələbləri səviyyəsinə çatdırıldığı və bu istiqamətdə işlərin Kür qəsəbəsində davam etdirildiyi vurğulanıb. Ümumilikdə son dörd ildə Şəmkir rayonunda 10-a yaxın bağça binası yenilənib. Bu il Şəmkir şəhər 5 saylı körpələr evi –uşaq bağçası üçün də yeni binanın inşası nəzərdə tutulub. 100 yerlik yeni bağça binasında 5 qrup fəaliyyət göstərir, kompyuter otağı, idman və musiqi zalı, qazanxana və su hovuzu yaradılıb. Rayonundakı 52 körpələr evi-uşaq bağçasında 3 minə yaxın uşaq tərbiyyə alır.

Validə Şükürova 8 saylı uşaq bağçasının müdiri:Çox çətinliklərimiz olub. Elə olurdu uşaqlar yemək üçün bir binanın tərk o biri tərəfə qarın içərisində gedirdi. Vəziyyətimiz çox çətin  idi. Bu gün çox şükürlər olsun ki çox gözəldir. Mən deyərdim respublika səviyyəli bir bağçadır. Bizdə  çalışacağıq ki yaradılna şəraitin müqabilində uşaqları elə böyüdüb tərbiyyə edək ki böyüyüb çiçək açsınlar və ətirləri bütün Azərbaycanı bürüsün.