• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 27.02.2019 22:37

Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib

KepezTV Player

Gəncədə yolu keçmək istəyən piyada qadını avtomobil vuraraq öldürüb. Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 21 yaşlı Uday Məmmədov "Niva" markalı avtomobillə hərəkətdə olarkən 49 yaşlı Sara Süleymanovanı vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, ağır bədən xəsarətləri alan zərəçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Gəncədə daha bir qəza bu hadisədən təxminən bir saat sonra Mirzə Abbas Abbaszadə küçəsində baş verib. "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Nəticədə "06"-nın sürücüsü Elsevər Abdullayev xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıya döş qəfəsinin travması diaqnozu qoyulub. Qəzalarla bağlı araşdırmalara başlanılıb.