• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 27.02.2019 16:21

Ölkəyə 9 ədəd mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı gömrükçülər avtomobilin salonunda - dam örtüyünün altında 9 ədəd mobil telefon aşkarlayıblar. Faktla bağlı araşdırma aparılır.