• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 27.02.2019 16:23

Kirayə maşınla oğurluq etdilər

KepezTV Player

Abşeron rayon Polis İdarəsinə Qobu qəsəbəsində Kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub. Əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri orta çıxıb. Məlum olub ki, "Hundai Elantra" markalı avtomobillə ara küçələrdə hərəkət edən şəxslər 7-dən çox kanalizasiya quyusunun qapağini çıxardaraq avtomobilin yük yerinə qoyublar. Keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Rıza Soltanov və Zülfəli Yusifov  saxlanılıb. Faktala bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.