• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 27.02.2019 14:36

Gədəbəyin səsvermə hüquqlu sakinlərinin sayı müəyyənləşib

KepezTV Player

Hər il Mərkəzi Seçki Komisiyası tərəfindən ölkə üzrə aparılan seçici siyahılarının dəqiqləşdirilməsi prosesi Gədəbəydə də yekunlaşmaq üzrədir. 103 və 104 saylı seçki dairəkərinin məntəqələri üzrə dəqiqləşdirilmə işləri tam başa çatdırılaraq dairələrə təqdim olunub. 103 saylı Gədəbəy seçki dairəsinin 43 məntəqəsində səsvermə hüquqlu 41 min 865 seçici qeydə alınıb ki, bunlarda 630 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək şəxslərdir. Seçici siyahısının dəqiqləşdirilməsinə 104 saylı Gədəbəy-Tovuz dairə seçki komisyasının məntəqələrində də yekun vurulub. Dairə üzrə 62 məntəqədə 44 min 883 seçici qeydə alınıb. Ötən illə müqayisədə bu il dairə üzrə qeydə alınanların sayı 200 nəfər çox olub. Seçici siyahılarının dəqiqləşdirilməsi dairələr üzrə də ən qısa müddətdə yekunlaşdırılaraq mərkəzi seçki komisyasına təqdim olunacaq.

Xaliq Xudaverdiyev - 103 saylı Gədəbəy DSK-nın sədri: Bundan əlavə DSK üzrə 162 nəfər qeydiyyatdan çıxıb. Həmçinin 575 nəfər vəfat etmiş vətəndaşlarımızdır ki, bunlarda seçici siyahısından çıxarılıb. Məntə seçki komisyaları öz işini seçki məcəlləsinə uyğun qurub. Yaxın günlərdə bu siyahıya alınma tam başa çatdırılacaq.

Elman Rüstəmov - 104 saylı Gədəbəy-Tovuz DSK-nın sədri: Seçici siyahısında daim dəqiqləşdirmə aparırıq. Rəhmətə gedənlər, qeydiyyatdan çıxanlar və ya qeydiyyata düşənlər, hər biri məntəqələr üzrə dəqiqləşdirilir. Seçkinin əsasını təşkil edən seçki siyahısı seçki gününə qədər işlənilib tam şəffaf şəkildə başa çatdırılacaq.