• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 27.02.2019 15:00

Avropa Şurasının Bakı ofisinin rəhbəri Gəncədə olub

KepezTV Player

Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində Gəncədə olan Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Qonağı Avropa Şurasının 70 illiyi münasibəti ilə təbrik edən icra başçısı qədim tarixə və zəngin mədəni irsə malik şəhər barədə səfirə məlumat verib. Gəncəyə ilk dəfədir gələn Zoltan Hernyes səfərinin məqsədinə toxunub.

Zoltan Hernyes - Avropa Şurasının Bakı ofisinin rəhbəri: “Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində baş tutan təlimlərdə əldə olunan məlumatlar tövsiyə kimi qalmayacaq, praktikada öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə gələcəkdə də böyük irəliləyişlərə nail olunacaq”. 

Elnur Vahidoğlu