• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 27.02.2019 14:55

Erməni diversanta 20 il iş verildi

KepezTV Player

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversant məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Kəramət Əliyevin sədrlik Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Kazaryan Karen Armeni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Həyat və sağlamlıq əleyhinə olan cinayətlər, İqtisadi fəaliyyət sahəsində olan cinayətlər, İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər, Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər və İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə təqsirli bilinib. 15 iyul 2018-ci il tarixdə Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin "Balakənd" adlandırılan ərazisində tutulduğundan, o öz cinayətkar niyyətini tam başa çatdıra bilməmişdir. Karen Kazaryan cəzasını ciddi rejumli cəzaçəkmə müəəsisində çəkəcək. Onun cəza müddəti tutulduğu gündən hesablanıb. 

Elnur Vahidoğlu