• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 27.02.2019 14:49

Samuxda 2018-ci ilin yekunları müzakirə olunub

KepezTV Player

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Samuxda 25 layihə üzrə ayrılan 279 min manat güzəştli kredit 26 yeni iş yeri yaradılmasına səbəb olub. Ümumilikdə isə ötən il 374-ü daimi olmaqla rayonda 586 yeni iş yeri yaradılıb. 2018-ci ilin yekunlarının müzakirə edildiyi yığıncaqda Kür qırağı kəndlərdə əkin sahələrinin dövriyyə buraxılması və suvarmanın yaxşılaşdırılmasının məhsul bolluğuna zəmn yaratdığı vurğulanıb. Yığılan məhsulların bazara rahat və vaxtında çatdırması üçün Samux-Yenikənd-Poylu avtomobil yolunun təmiri də süsusi əhəmiyyət kəsb edir. Samuxun İnstitut və Qarayeri qəsəbələrində, Çobanabdallı və Qovlarsarı kəndlərində çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, Burunqovaq kəndində 80 yerlik modul tipli məktəb binası inşa edilib, Əhmədbəyli kənd körəpələr evi uşaq bağçası əsaslı təmir edilib. Toplantıda buraxılan nöqsanlar da təhlil edilib. Əhalinin su, qaz və işıqla təchizatının yaxşılaşdıırlması üçün aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verilib.