• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 27.02.2019 13:17

Vurduğu piyadanı xəstəxanaya aparan sürücü də xəsarət aldı

KepezTV Player

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Yaqub Qasımov İnstitut qəsəbəsi ərazisində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 6 yaşlı Ayan Salahovanı vurub. Sürücü yüngül xəsarət alan piyadanı maşını ilə xəstəxanaya apararkən Gəncə sakini Musa Ahəngdarın idarə etdiyi "Nissan Tiana" ilə toqquşub. Nəticədə VAZ-ın sürücüsünün özü də xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı Samux RPŞ-də əməliyyat-istintaq tədbirləri aparılır.