• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 26.02.2019 17:20

8 yaşlı uşaq iynə vurulduqdan 2 gün sonra öldü

KepezTV Player

Şabranda 8 yaşlı uşaq iynə vurulduqdan sonra həyatını itirib.  Dünyasını dəyişən Gülnur  Dadaşovanın ailə üzvlərinin bildirdiyinə görə uşaq 2 gün öncə axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb. Antibiotik iynə vurulduqdan sonra uşağın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti  ağırlaşdığından  Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, Gülnurun ölümünə səbəb həkimin antibiotiki sınaq qoymadan vurması olub. Faktla bağlı araşdırma aparılır.