• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 26.02.2019 17:12

Oğurluq və dələduzluq edən şəxs saxlanıldı

KepezTV Player

Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Ramiz;Sabirov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluq etdiyi məlum olub. Onun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır. Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından  (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.