• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 26.02.2019 14:19

Gəncədə Xocalı faciəsinin ildönümündə məktəblilərin iştirakı ilə sosial təşəbbüs reallaşıb

KepezTV Player

4 nömrəli tam orta məktəbin kollektivi tərəfindən hazırlanan “Unutmadıq” adlı video-çarxda 11 şagird 27 il əvvəl baş verənləri tarixi ardıcıllıqla çatdırıblar. Məlumatlandırma xarakterli çarx sosial şəbəkələr vasitəsilə də auditoriyaya təqdim edilib.

Rübabə Tağızadə - şagird:-Müəllim layihə barədə məlumat verəndə çox sevindik. Çarxda qeyd olunan sözlər çox mənalı idi, öhdəsindən layiqincə gəlməyə çalışdıq. Ümid edirik ki, yaxşı alındı”.

Vüsal Rüstəmov – şagird:-“Bir şagird kimi mənim üçün Xocalıya aid video-çarxda iştirak etmək qürurvericidir”.

Elbar Vəliyev - layihə rəhbəri: -“20% torpaqlarımızın işğal olunduğu bir dövrdə, 1 milyon məcburi köçkünün olduğu bir vəziyyətdə hərbi-vətənpərvərlik, milli dəyərlərin aşılanması, xüsusilə Qarabağ mövzusunda daha çox işlər aparılmalıdır. Mən də bir vətəndaş, eyni zamanda tarix müəllimi olaraq düşündüm ki, video-çarx hazırlansa gənclərimiz faydalanar, onlara bu yolla vətənpərvərlik hisləri aşılaya bilərik”.