KepezTV Player
Gəncədə Poçt qəsəbəsinin sakinləri də onları narahat edən məsələlərlə bağlı şəhər rəhbərinə müraciət ediblər. İşlə təminat, mübahisəli torpaq məsələləri, küçə işıqlandırması, ara yolların asfaltlanması, ictimai nəqliyyatla bağlı çətinliklər, dayanacaqların bərpası kimi məsələlər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun diqqətinə çatdırılıb. Səyyar qəbulda fərdi problemləri də səsləndirilib. Bir çox məsələlərin yerindəcə həllini tapdığı görüşdə araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
- Baxış: 593