KepezTV Player
Şəhər ictimaiyyətinin nümayəndələri soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Xocalıda 27 il bundan öncə yaşananlar faciə şahidlərinin dilindən eşidilib. Azərbaycan tarixinin ən qanlı səhifələrdən biri olan soyqırımın əbədi olaraq hər bir Azərbaycan vətəndaşının qan yaddaşında həkk olunduğu vurğulanıb. Məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetirilən uşaqların, qocaların, qadınların qanının yerdə qalmayacağına əminlik ifadə edilib. Anım tədbiri Gəncə dövlət dram teatrının kollektivinin meydan tamaşası və gənc rəssamların Xocalı faciəsinə həsr etdikləri sərgiyə baxışla davam edib.
- Baxış: 856