• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 25.02.2019 14:38

Zona yarışları başa çatdı

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında reallaşan Azərbaycan birinciliyinin Göygöldə reallaşan zona yarışlarına yekun vurulub. Qeyd edək ki, Qərb-Gəncə regonunun Gəncə zonası üzrə oyunlar ötən ilə kimi Nizami yurdunda, qış fasiləsindən sonra isə Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Meydançaların qeyri-qənaətbəxş vəziyyəti ilə bağlı yarışın təşkilatçılığı bu rayona həvalə olunub. Birinciliyin nəticələrinə əsasən, 10 yaşlı futbolçulardan ibarət komandaların mübarizəsində “Gəncə TİM” 1-ci yer tutub. Rəqiblərini böyük xal fərqi ilə qabaqlayan kollektiv zona mərhələsində cəmi 3 oyunda uduzub. Gənc məşqçi Turan Əliyevin yetirmələri bundan sonra mübarizəni pley-offda davam etdirəcəklər. Bu mərhələdə Gəncə ilə yanaşı, Tovuz zonası üzrə ilk 3 yeri tutuan komandalar da qüvvəsini sınayacaq.

 

Azad Rəfi