Gəncə çayında 200-ə yaxın könüllünün iştirakı ilə maarifləndirici ekoloji aksiya keçirilib. Aksiya çayın Mirzəabbas Abbaszadə küçəsindən keçən hissəsində təşkil edilib. “Təmiz Gəncə-Təmiz bulvar” adlı aksiyada çayın hər iki sahil zolağı, eləcə də məcrası bərk məişət və digər növ tullantılarından təmizlənərək şəhər kənarındakı paliqona daşımaq üçün bir yerə yığılıb. Məqsəd ekoloji mədəniyyətin inkişafına nail olmaq, əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaq, insanların ətraf mühitin mühafizəsinə münasibəti dəyişmək, ictimayyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdən ibarət olub.
Rüstəm Bağırov - Gəncəçay Park Bulvar Kompleksinin rəisi: Gəncəçay Park Bulvar Kompleksində Təmiz Gəncə-Təmiz bulvar aksiyasının artıq üçüncü mərhələsidir.İlk mərhələsinə 2016-cı ildə başlamışıq. Bu gün daha böyük aksiyamızdır. Bu aksiyamız mütamadi olaraq keçirilir və bu aksiyamızın dörüdüncü mərhələsidir. Əsas missiyamız odur ki, Gəncəmizi, park bulvarımızı təmiz saxlayaq.
Namiq Xəlilzadə - aksiya iştirakçısı: Bütün gənclər bu aksiyalara qoşulmalıdır, Gəncəmizi təmiz saxlamalıyıq. Mən bütün gənclərimizi Gəncə şəhərimizin bütün parklarının təmizliyin də iştirak etmələrinə dəvət edirəm və belə aksiyalara qoşulsunlar.
- Baxış: 536