Qarabağın işğalı və Xocalıda törədilən vəhşilik Gəncə Dövlət Universitetində soyqırımın ildönümü münasibəti baş tutan anım tədbirindən öncə rəsmlərin dili ilə təqdim edilib. Nümayiş etdirilən video çarxda 27 il bundan öncə şaxtalı fevral ayında ermənilərin dinc əhaliyə qarşı silahlı hücumu, yaşından və cinsindən asılı olmayaraq əhaliyə etdiyi qəddarlıqlar öz əksini tapıb. Strateji əhəmiyyəti olan şəhərin ələ keçirilməsinin beynəlxalq hüquq və humanitar tələblər nəzərə alınmadan gerçəkləşdirilməsi, mühasirə şəraitinə alınan Xocalı sakinləri üçün kolidorun yaradılmaması, o vaxtkı respublika rəhbərliyinin mövcud vəziyyəti düzgün qiymətləndirməsəsi yüzlərlə insanın həyatı bahasına nəticələndiyi vurğulanıb. Bu günədək soyqırım hadisəsinə beynəlxalq müstəvidə ikili yanaşmanın ortaya qoyulması təəssüf hissə ilə xatırlanıb. Lakin Xocalıya ədalət kompaniyası sayəsində reallıqların dünya birliyinin diqqətinə çatdırılmasının müsbət nəticələr verdiyi önə çəkilib.
- Baxış: 369