• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 25.02.2019 13:22

İt döyüşü davaya çevrildi, ölən var

KepezTV Player

Hadisə Yardımlının Lərzan kəndində baş verib. Belə ki, bir neçə gənc itlərini boğuşdurmaqdan ötrü kəndin Abudərdə adlı əraziyə gəliblər. İt boğuşdurma zamanı heyvan sahiblərinin arasında mübahisə baş verib. Mübahsiə sonradan davaya çevrilib və bir neçə nəfər bıçaq xəsarəti alıb. Lərzan kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov ağır bədən xəsarəti aldığından Yardımlı Rayon Mərkəzi xəstəxanasına çatdırıldıqdan sonra dünyasını dəyişib. Onun qardaşı olan 30 yaşlı Pərviz İsgəndərov və 23 yaşlı İbrahim Mirzəyev Masallı rayon xəstənasına, Şovud kənd sakini 27 yaşlı Teymur Hüseynov isə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyəti orta -ağır qiymətləndirilir.

Mərhumun qardaşı Pərviz İsgəndərov isə hadisə yerinə sonradan gəlib.Yaralı qardaşına kömək etmək istəyərkən bıçaqlanıb.

Kütləvi dava zamanı tərəfləri ayırmağa çalışan mərhumun əmisi oğlu 23 yaşlı İbrahim Mirzəyevdə bıçaq xəsarəti alıb.

Qeyd edək ki, hadisə zamanı vəziyyəti daha ağır olan digər bir yaralının Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Bakıya göndərildiyi bildirilir. Faktla bağlı rayon prokroluğunda cinayət işi başlanılıb araşdırma aparılır.