• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 25.02.2019 13:09

Daxili orqanında narkotik aşkarlandı

KepezTV Player

İrandan piyada yolla Azərbaycana gələn İslam Respublikası vətəndaşı "Biləsuvar" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. O, üzərində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib. Lakin hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Düz bağırsağında 6 bükümdə 415 qram heroin və 1 bükümdə 20 ədəd metadon həbi aşkarlanıb. Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.