• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 25.02.2019 13:16

İrandan qaçaq yolla gətirilən heroin götürüldü

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sahil Müha­fi­zə­sinin Lənkəran rayonu Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olun­ub. Maşından bir nəfər düşərək əraziyə yaxınlaşıb və ora­da gizli saxlanc yerindən gizlədilən əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Nəqliyyat vasitəsində olan hər iki şəxs sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılıb. Baxış zamanı 185 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin Lənkəran sakinləri 56 yaşlı Allahverdi Dadaşov və 45 yaşlı Vüqar Bağırov olduğu müəyyənləşib. Əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunan Dadaşov heroinin qaçaq yolla İrandan gətirildiyini etiraf edib. Əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.