• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 25.02.2019 13:18

Maşın ağaca çırpıldı, 5 nəfər yaralandı

KepezTV Player

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xanqərvənd kəndi ərazisində Tərtərdən Goranboy istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan 6 nəfərdən 5-i, o cümlədən sürücü xəsarət alıb. Yararlılar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti daha ağır olan iki nəfər Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb. Qəzanın səbəbi araşdırılır.