• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 25.02.2019 10:02

Tesla Roadster avtomobili bir ildir ki, kosmosdadır

Tesla Roadster avtomobili artıq bir ildir ki, kosmosdadır. O, Yer kürəsindən 264 milyon kilometr aralanıb. Hazırda maşın saatda təxminən 7900 km sürətlə hərəkət edir. Falcon Heavy raket daşıyıcısı Tesla Roadster-i 2018-ci ilin fevralın 6-da kosmosa çıxarıb. Əvvəlcə güman edilirdi ki, rodster Günəş ətrafı heliosentrik orbitə tərəf istiqamətlənəcək və ordan daha səmərəli şəkildə Mars planetinə çatacaq. Amma Falcon Heavy raketi maşını elə güclü şəkildə orbitə çıxardı ki, o “Qırmızı” planeti ötüb keçib və indi Yupiterlə Mars arasındadır. Hazırda Tesla Roadster Günəşdən 232,3 milyon kilometr, Marsdan isə 263,5 milyon kilometr uzaqlıqdadır. NASA maşını kosmik obyekt siyasını əlavə edib, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) kosmik bölməsi isə elektrokarı peyk kimi qəbul edib.