• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 23.02.2019 12:48

“Narkomaniyaya yox deyək” adlı marifləndirici tədbirlər davam edir

KepezTV Player

Gəncənin Kəpəz rayon Polis İdarəsin rəisi polis polkovnik-leytenantı Vüqar Xəlilov məktəblilərlə narkomaniya mövzusunda maarifləndirici söhbət aparıb. Tibb işçiləri, müəllim və şagirdlər, valideynlərin iştirak etdiyi görüşdə ağ ölümlə mübarizə, narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili narkomaniya ilə mübarizədə ən kəsərli vasitə olduğu vurğulanıb. Sonda “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş etdirilib.