• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 22.02.2019 22:35

Mübahisə 59 yaşlı kişini sağlamlığından etdi

KepezTV Player

Qubada keçmiş məhkum adam bıçaqlayıb.Rayon sakini Rafiq Əliməmmədov kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini deyib. Araşdırmalar davam etdirilir.