• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3153
— 22.02.2019 14:18

Xocalıda törədilən soyqırım ADAU-da anılıb

KepezTV Player

Xocalı faciəsi iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bu məqam Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar baş tutan tədbirdə xüsusi vurğulanıb. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərdən danışılan anım tədbirində görülən işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymətin verilmədiyi təəsüf hissi ilə qeyd edilib. Təqdim olunan ədəbi-bədii kompazisiya tədbir iştirakçılarını sanki o müdhiş gecəyə qaytarıb. Tələbələrin söylədiyi şerlər hamını duyğulandırıb. Törədilən dəhşətləri əks etdirə video çarx nümayiş etdirilib, Xocalı dəhşətlərini yaşadan rəsm əsərlərinə baxış olub.