• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 22.02.2019 14:43

Gəncədə istismara qəbul edilməyən 13 bina var

KepezTV Player

Yeni inşa edilən çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı məsələ Gəncədə də tezliklə öz həllini tapacaq. Ölkə prezidenti tərəfindən imzalanan fərmanın icrası sakinlərin qarşılaşdıqları problemi aradan qaldırmaqla tikinti şirkətləri üçün də həll imkanı yaradır.

İlham Əsgərov – tikinti şirkətinin xidmət rəisi: “ Əvvələr problemlər çox idi. Prezident tərəfindən vaxtında verilən bu fərman aidiyyatı qurumlardan alınacaq sənədlərin şəffaf şəkildə əldə olunmasına töhvə verəcəkdir.

Gəncənin Heydər Əliyev prospekti 64 A ünvanında yerləşən bu binanın inşası 2010-cu ildə yekunlaşıb və mənzilləri satışa çıxarılıb. Ancaq binanın istismar aktının olmaması bu günədək orada yaşayan sakinlərə mavi yanacaqdan istifadəyə imkan vermir. Heç mənzillərdə tam sayğaclaşma da aparılmayıb. Binanın istismara götürülməməsi sakinlərlə sahibkar arasında da problemlərə yol açır.

Orxan Cəfərzadə - sakin: “Prezidentin verdiyi fərman yeni tikilən çoxmənzilli binalarda yaşayanları çox sevindirdi. Çünki bizdə əvvələr problemlər yaranırdı. Sənədləşməyənən, mənzilin çıxarışını ala bilmirdik, bundan başqa komunal sahədə qarşılaşdığımız problemlərdə ümid edirik bu fərmanla öz həllini tapacaqdır.”

Gəncədə son illər 13 çoxmərtəbəli bina inşa edilərək sakinlərin istifadəsinə verilsə də bu günədək, onların heç birinə istismar edilməsi üçün icazə verilməyib.

İlham Əsgərov – tikinti şirkətinin xidmət rəisi: “Biz hazırda FHN-ə müraciət etmişik. Binanın istismara qəbul aktının alınması ilə bağlı. Çox güman ki, yaxın günlərdə aidiyyatı qurumlar gəlib binaya baxış keçirib istismar aktını tezliklə verəcəklər. Əvvələr müəyyən mərhələrdən keçməli idi. Oda sahibkara tam səmimi deyim çox çətin gəlirdi, prezidentin verdiyi fərman bu sahədə mövcud olan problemləri köklü həll edəcəkdir.

Yerli icra hakimiyyəti orqanları da fərmanın 2-ci hissəsinə uyğun olaraq çatışmazlıqların aradan qaldırılmasında sahibkarlara və sakinlərə təşkilati baxımdan kömək göstərəcəklər. Bu məqsədlə Gəncədə fəaliyyət göstərən bina təmir-tikinti şirkətlərinin nümayəndə və rəhbərləri ilə görüş keçirilib. Bütün mənzil tikinti koorparativlərinin nümayəndələrinə ən qısa müddət ərzində inşa etdikləri binaların  istismarına icazə alınması ilə bağlı adiyyatı qrumlara müraciət etmələri tövsiyyə olunub.

 

 

Xaliq Qurbanlı