İndi demək olar ki, hər gün sosial şəbəkələrdə bir-birindən fəqli rəqs nümunələri ilə qarşılaşırıq. Bəzən gənc xanımların, bəzən isə bəylərin peşəkaryanaşdığı bu sahənin həvəskarları da kifayət qədərdir. Elə süjetimizn qəhrəmanı Nurlan Muradlı kimi...
Budəfəki süjetimizin qəhrəmanı həvəskar rəqqas Nurlan Muradlıdır. 20 yaşlı gənc uşaqlıq illərindən rəqsə böyük maraq göstərib. Ailədə incəsənətin bu növü ilə məşğul olan birinin olmaması, onda rəqsə olan həvəsi azaltmayıb. Hazırda 2 saylı peşə məktəbində təhsil alan müsahibimiz paralel olaraq, müxtəlif rəqs növlərini öyrənir. Özü də müəllimsiz...
Nurlan Muradlı – həvəskar rəqqas: “Rəqsləri əsasən, internetdən öyrənmişəm. Ramil Həsənovun özünün və tələbələrinin internetə yerləşdiryi rəqslərinə baxaraq. Rəqsdə əsas vacib olan mahnının ritmini tutmaqdır, hərəkətlərin yerini səhv salmamaq və özünün tələsdirməmək, sərbəst olmaqdır”.
Nə az, nə çox düz 6 aydır ki, məşqlər edən həvəskar rəqqas ilk vaxtlar müəyyən çətinliklərinin olduğunu etiraf edir. Nurlan bu sahəyə maraq göstərənlərə nə olursa-olsun həvəsdən düşməməyi, daim öz üzərində işləməyi tövsiyyə edir.
Nurlan Muradlı – həvəskar rəqqas:“Düzdü, başqa rəqsləri də sevirəm. Ancaq ləzginka rəqsinə marağım daha böyükdür.
Nurlan Muradlı deyir ki, mənim zənnimcə dünyanın ən şux, iti və dinamik rəqsi məhz ləzginkadır. Bütün Qafqaz üzrə geniş yayılan bu rəqs növünü ifa etmək insandan böyük məsuliyyət tələb edir.
Nurlan Muradlı – həvəskar rəqqas:: -“Ailəmizdə rəqqas yoxdur. Amma qohumlarım, ailəm, dost-tanışlarım hamısı dəstək olur”.
Müsahibimizin əsas hədəfi gələcəkdə peşəkar rəqqas kimi Azərbaycan incəsənətini layiqincə təmsil edəcək. Nə deyə bilərik?! Biz də, bu işdə Nurlan Muradlıya bol uğur və hədəflərinə doğru inamla irəliləməyi arzu edirik.
Nazənin Zaman
- Baxış: 1017