• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 21.02.2019 23:30

Avtobus yaşayış binasına çırpıldı, yaralılar var

KepezTV Player

Sumqayıtda ağır yol qəzası baş verib. 16-cı məhəllə ərazisində, Sülh küçəsində 30 nömrəli marşrut üzrə hərəkət edən avtobus minik avtomobili ilə toqquşub, daha sonra idarəetmənin itirilməsi nəticəsində binaya çırpılıb. Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onlardan 12-si evə buraxılıb, 19 nəfər müalicəsini davam etdirir. Həmin zərərçəkənlərdən 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib. Faktla bağlı araşdırma aparılır.