• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 21.02.2019 21:00

19 yaşlı ana doğuşdan sonra dünyasını dəyişdi

KepezTV Player

Kürdəmirdə19 yaşlı ana doğuşdan sonra dünyasını dəyişib. Rayonun Carlı kənd sakini Nuranə Novruzova Kürdəmir RMX-nin doğum şöbəsinə yerləşdirilib, ana oğlan uşağı dünyaya gətirib. Həkimlərin sözlərinə görə, Nuranə Novruzova xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş da normal keçib. Təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi ekspert rəyindən sonra məlum olacaq. Bu, son 26 ildə Kürdəmir RMX-da qeydə alınan ilk ana ölümüdür. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.