• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 21.02.2019 16:18

Xocalı sakinləri tibbi müayinəyə cəlb olunublar

KepezTV Player

Gəncədə Xocalıdan olan məcburi köçkünlər üçün salınan Qəsəbə-2 də tibbi müayinə təşkil olunub.Gəncə şəhər səhiyyə idarəsinin həkim briqadası burada məskunlaşan, əsasən Xocalıdan  və digər rayonlardan olan 2500-dən çox vətəndaşı müayinədən keçiriblər.  Tibbi profilaktik baxış zamanı texniki avadanlıq və tibbi  aparatlarla təminata xüsusi diqqət yetirilib.Müraciət edənlər terapevt, pediator, cərrah, nevropatoloq, oftolmoloq, infeksionist, endokrinoloq və digər ixtisaslı həkimlərin xidmətindən yararlanıblar.Tibbi müayinə may ayının 12-nə kimi davam edəcək.

Nazim Əhmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi: Bu qəsəbədə 2500 dən çox sakin yaşayır. Onlardan 1148 nəfəri Xocalı sakinidir. Bununda  512 nəfəri uşaq əhalisidir. Müayinənin keyfiyyətli aparılması üçün səyyar rentginomobil aparatı müayinəyə cəlb olunub. Həmçinin ulturasəs müayinəsindən, elektrokordioqrafiya müayinəsindən, labarator müayinədən istifadə olunur. Qadın əhalisi üçün əhalisinin müayinəsi üçün mamaginekoloqların baxışları təmin edilmişdir.

Bəsirə Quliyeva Xocalı sakini: Mən gəldim göz həkiminin müayinəsində oldum. Gözümdə problem aşkar olunduğu üçün həkimlər mənə müalicə yazdılar. Bundan başqa digər yoxlamalarda qaraciyər və mədəaltı vəzimədə müalicə yazdılar. Çox təşəkkürümü bildirirəm bütün həkimlərə.

Vasif Bağırov Xocalı sakini:Mən də ailə üzvlərimlə birgə gəlib müayinə olundum. Çox şükür heç bir xəstəlik aşkar olunmadı. Təşəkkürümü bildirirəm bütün Xocalılar adından həkimlərə.