• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 21.02.2019 14:37

Gəncə şəhər prokuroru tələbələrlə görüşüb

KepezTV Player

Respublikada böyük ictimai rezonansa səbəb olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı törədilən terror aktı üzrə 29 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib, 11 nəfər beynəlxalq axtarışa verilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Eləcə də radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi ilə əlaqədar 59 nəfər təqsirləndirilən şəxs həbs edilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Bu barədə Gəncə şəhər Prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşdə məlumat verib. Respublikada həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar fonunda prokurorluq orqanlarının fəaliyyətinə həsr edilən tədbirdə prokurorluq orqanlarında gəncləşdirmə siyasətinin aparıldığı, cinayətkarlığa qarşı mübarizə və qanunçuluğun möhkəmləndirilməsi ilə əlaqədar fəaliyyətin davam etdirildiyi vurğulanıb. 2018-ci ildə 1021 vətəndaş şikayətlə əlaqədar Gəncə şəhər prokurorluğunda qəbulda olub. Tələbələrlə görüşdə antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının pozuculuq fəaliyyəti pislənib, bu cür cəhdlərin qarşısının xalq-dövlət birliyi tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.