• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 21.02.2019 14:04

Fevralın 7-də çaya düşən sürücünün meyiti tapıldı

KepezTV Player

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücü Vüqar Qasımovun cəsədi aşkarlanıb.Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu mərhumun cəsədini itkin düşdüyü ərazidəki su hövzəsindən çıxararaq aidiyyatı üzrə təhvil verib. Ekskavatorçunun meyitini su hövzəsini nasoslar vasitəsilə qismən boşaltdıqdan sonra tapmaq mümkün olub.Xatırladaq ki, ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımov fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində suya düşmüşdü.Vüqar Qasımov ailəli idi, üç övladı var.