KepezTV Player
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində əməliyyat keçiriblər. Evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar edilib. Ağstafa Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib, tapılan PHS-lər zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
- Baxış: 477