• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 20.02.2019 21:10

Gəncədə silah-sursatla tutulan şəxslərin oğurluq etdiyi də aşkarlanıb

KepezTV Player

Gəncə şəhər sakininin evindən odlu silah və sursat aşkarlanıb. Polis tərəfindən saxlanılan həmin şəxsin dostu ilə birgə bir neçə obyektdən oğurluq və oğurluğa cəhd etdiyi də müəyyən olunub.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Sənan Əliyev və tanışı 23 yaşlı Xəyal Ağayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Ağayevin yaşadığı ünvandan odlu silah-sursat, eləcə də insan sağlamlığına zərər vura biləcək digər əşyalar aşkarlanaraq götürülüb.

Elxan Əsədov - müstəntiq: “Oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş “TOZ” markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir “beşbarmaq” eləcədə aşkar olunaraq götürülüb. Bundan başqa həmin evdən 2 maska tipli papaq və 1 cü t əlcək aşkar edilib”.

Saxlanılan şəxslərin ətraflarında aparılan istintaq araşdırmaları zamanı hər ikisinin Kəpəz rayonu ərazisində fəaliyyət göstərən mağazaların birindən oğurluq və daha bir obyektdən isə oğurluğa cəhd etdikləri müəyyənləşib.  Onlar törətdikləri əməli etiraf ediblər. Xəyal Ağayev silah-sursatın tanışı Sənan Əliyevə məxsus olduğunu deyib.

Xəyal Ağayev - saxlanılan şəxs: “Silahı haradan aldığını bilmirəm. Dedi dursun sizdə götürəcəm. 3-4 günə götürməliydi. Biz tutulmasaydıq götürəcəkdi”.

Sənan Əliyev silah-sursatları tapdığını, digər əşyaları isə qonşu ölkələrdən gətirdiyini deyib. Silahı saxlmaqda isə heç bir çirkin niyyətinin olmadığını iddia edib.

Sənan Əliyev - saxlanılan şəxs: “Beş barmağı Gürcüstanda gətizdirmişdim. Düzdür soyuq silahdı amma belə üstümdə olurdu. Yəni onunla heç kimə əl atmamışam. Silah isə məndə çoxdan olub. Onuda heç bir məqsədlə götürməmişəm. Heç kimlə düşmənçiliyimdə yoxdur”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

Natiq Hüseyn