• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 20.02.2019 14:37

Goranboyun canavarlar hücum edən kəndlərində işçi qrup yaradıldı

KepezTV Player

Goranboyda kəndlilərin heyvandarlıq təəsərrüfatlarına yırtıcı heyvan hücumlarının intensiv hal alması Ekologiya və Təbii Sərvətlər Nazirliyini hərəkətə keçirib. Vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq, canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı nazirlik tərəfindən işçi qrup yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərovçu İctimai Birliyinin əməkdaşlarından ibarət qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlərə start verib. Yaradılan işçi qrupu yırtıcıların hücumuna daha çox məruz qalan rayonun Boluslu və Eyvazlılar kəndinin sakinləri ilə görüşərək ehtiyyat tədbirlərini müzakirə ediblər.

Fariz Qarayev ETSN-nin işçi qrupunun üzvü: Əhalinin şəxsi təsərrüfatlarında olan heyvanların qorunması məqsədi ilə həmin ərazini daha yaxşı tanıyan, ərazininxüsusiyyətlərinə bələd olan adamlar tərəfindən və hər hansı bir xoşagəlməz hal baş verməsin üçün ovçuluq qaydalarını, ov silahı ilə rəftar qaydalarını daha səriştəli bilən adamlar tərəfimizdən seçildi və müvəqqəti qrup yaradıldı ki, həmin ərazidə bir daha yırtıcı heyvanların hücumu baş verərsə, zərurət yarandığı halda zərərsizləşdirilsin.