• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 20.02.2019 13:07

Qanunsuz silah gəzdirən şəxs saxlanılıb

KepezTV Player

Polis əməkdaşları üzərində odlu silah gəzdirən Saatlı rayon sakinini saxlayıb. Polis əməkdaşları bir nəfərin əlindəki torba ilə şübhəli hərəkət etdiyini müəyyənləşdirib. Dərhal həmin şəxsin yoxlanılması üçün lazimi tədbirlər görülüb. Saatlı rayon sakini Aqşin Əsədovun əlindəki torbanın içərisinə baxış zamanı oradan qanunsuz olaraq saxlanılan 1 ədəd “AKS-74” markalı avtomat və ona məxsus 23 ədəd patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silahı 2015-ci ildə Araz çayının sahilində metal tullantılar yığarkən tapdığını bildirib. Həmin zaman o avtomatı və güllələri gizlədib. Sonra başqa bir əməlinə görə, saxlanılan Aqşin Əsədov 2 il həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra avtomatın gizlətdiyi yerdə olduğunu yoxlamaq qərarına gəlib. Kənar şəxslərin onu gördüyündən şübhə etdiyi üçün avtomatı başqa bir yerdə gizlətməyə cəhd edib. Lakin polis əməkdaşlarından yayına bilməyib. Faktla bağlı Satlı Rayon Polis Şöbəsində araşdırma aparılır.