• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 20.02.2019 13:19

Məcburi köçkünlərin məskunlaşdığı evdəki yanğında 1 nəfər xəsarət alıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı 4 evdə baş verən yanğınla bağlı məlumat yayıb. Bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan arakəsmələri taxta konstruksiyalardan ibarət birmərtəbəli tikilinin yanar konstruksiyaları 670 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​ Hadisə zamanı 1 nəfər xəsarət alıb. 42 yaşlı Süsən İsmayılova Təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.