KepezTV Player
Bakıda dəm qazından iki nəfərin həyatına son qoyub. Hadisə Nərimanov rayonu, Məmməd Araz küçəsi 52 ünvanında baş verib.Belə ki, 68 yaşlı Sevil Əliyeva və nəvəsi, 11 yaşlı Ülvi İsmayılov yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb. Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.
- Baxış: 752