• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 20.02.2019 10:03

Avtomobili qardan bir neçə saniyəyə necə təmizləmək olar?

State Line hərrac evi maşınları qardan təmizləmək üçün orijinal üsul tapıb. Volvo ekskavatorunda quraşdırılan hava borusu qısa zamanda avtomobili təmizləyəmə imkan verir. Hər həftə həmin hərrac evinin yanında xeyli sayda müxtəlif tipli nəqliyyat vasitələri dayanır. Onların sayı bəzən 7 minə çatır. Buna görə əməkdaşlar bu qədər avtomobili təmizləməyi çatdıra bilmirlər. Şirkətdən bildiriblər ki, onlar bu yeni üsulu bir neçə ildir işlədirlər və indiyəqədər güclü hava axınına görə cəmi bir dəfə hansısa maşının şüşəsi çatlayıb. Hələlik State Line-da bir ədəd qar təmizləyici var. Tezliklə daha biri də əlavə olunacaq.