• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 19.02.2019 17:13

Qanunsuz odlu silah gəzdirən Masallı sakini saxlanılıb

KepezTV Player

Paytaxtda Nərimanov rayon Polis idarəsi 16-cı polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.Masallı rayon sakini Emin Sadıqov şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Sadıqov barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.