• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 19.02.2019 16:45

İki evdən 16 min manata yaxın pul oğurlanıb

KepezTV Player

Lənkəranda iki evdən 16 min manata yaxın pul oğurlanıb. Yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 3300 manat dəyərində qızıl-zinət əşyaları və 125.000 rubl oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev soyadlı şəxslər saxlanılıblar. Ağacanzadənin fevralın 4-də daha bir evdən 8000 manatlıq qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.