• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 19.02.2019 13:22

2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisində kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 408 qrama yaxın marixuana və metamfetamin aşkar edilərək götürülüb.Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1,8 kiloqrama yaxın heroin götürülüb.Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.