• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 19.02.2019 13:19

Zəncirvari qəza – 4 maşın bir-birinə girdi

KepezTV Player

Bakıının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Şəki şəhəri Salman Mümtaz küçəsində 31 yaşlı Tərlan Ramazanovun idarə etdiyi "VAZ 21 099" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb. Maşın işıq dirəyini aşırıb. Hadisə yerinə dərhal Şəki TTTYS-nin briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib və o, Şəki RMX-ya çatdırılıb. Müayinələrdən sonra Ramazanova sol açıq daban oynağının qapalı travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Qəza nəticəsində işıq dirəyi ilə yanaşı, avtomobilə də ciddi ziyan dəyib.

Daha bir qəza Kürdəmir şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 58 yaşlı Zeynal Xəlilov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən qarşısında dönmə əməliyyatını yerinə yetirən, 57 yaşlı Qabil Mirzəliyevin sükanı arxasında olduğu "QAZ-31"lə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktlarla bağlı araşdırma aparılır.